"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Prezident “ASAN Kommunal” Mərkəzinin açılışında

--2016-12-28 / 10:16

Dekabrın 28-də Azərbaycan Prezidenti ilham əliyev Bakıda 1 saylı “ASAN Kommunal” Mərkəzinin açılışında iştirak edib.

Modern.az-ın məlumatına görə, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad ələsgərov və Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri inam Kərimov mərkəzdə yaradılan şərait barədə dövlət başçısına məlumat veriblər.
Prezident ilham əliyev mərasimdə çıxış edib.

Sonra dövlət başçısı səyyar “ASAN qatar” ilə tanış olub.

Məlumat verilib ki, səyyar “ASAN qatar”ları ölkəmizdə geniş dəmir yolu şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşlara xidmət göstərəcək.


Modern.az

ŞƏRHLƏR